"Neftçi" bir futbolçusu ilə razılığa gəlib. Fanat.az xəbər verir ki, paytaxt klubu Flavinyo ilə yeni müqaviləni razılaşdırıb.
Braziliyalı futbolçunun müqaviləsi başa çatırdı. "Neftçi" və Flavinyo arasındakı anlaşmaya əsasən, yarımmüdafiəçi daha 2 il ölkəmizdə qalacaq.
Qeyd edək ki, 2010-cu ildən "Neftçi"də çıxış edən Flavinyo başa çatan mövsümdə Premyer Liqada 32 oyun keçirib və 3 qol vurub. O, 4 il ərzində 141 dəfə "Neftçi"nin formasını geyinib və 36 qola imza atıb.
Fanat.az