FİFA prezidenti "Trabzonspor" - "Fənərbağça" oyunundakı iğtişaşa reaksiya verdi

FİFA prezidenti "Trabzonspor" - "Fənərbağça" oyunundakı iğtişaşa reaksiya verdi

FİFA prezidenti Canni İnfantino Türkiyə Super Liqasının 30-cu turunun "Trabzonspor" - "Fənərbağça" matçından (2:3) sonra baş verən kütləvi davaya münasibət bildirib.

Fanat.Az xəbər verir ki, beynəlxalq qurumun mətbuat xidməti İnfantinonun fikirlərini belə çatdırıb: "Mən bunu əvvəllər demişəm və yenə də təkrarlayıram: bütün futbolçular dünyada bir çox insana sevinc bəxş edən oyunda iştirak etmək üçün təhlükəsiz olmalıdırlar. “Trabzonspor" və "Fənərbağça" arasında Türkiyə liqasının oyunundan sonra gördüyümüz zorakılıq tamamilə qəbuledilməzdir. Futbolda zorakılığa yer yoxdur".

Qeyd edək ki, hüquq-mühafizə orqanlarının əməkdaşları iğtişaşın 12 iştirakçısını saxlayıb. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər