FİBA Avropa Kuboku: “Sabah” Monteneqro təmsilçisini qəbul edir

FİBA Avropa Kuboku: “Sabah” Monteneqro təmsilçisini qəbul edir

“Sabah” basketbol klubu bu gün FİBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirəcək.

Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi dördüncü matçında Monteneqro klubu “Mornar”ı qəbul edəcək.

“Sərhədçi” İdman Mərkəzində təşkil olunacaq görüşə saat 19:00-da start veriləcək.

Qeyd edək ki, “Sabah” qrup mərhələsində keçirdiyi ilk üç oyununda müvafiq olaraq Monteneqro “Mornar”ına (75:80), Türkiyə “Bağçaşəhər”inə (65:83) və Çexiya “Nimburk”una 61:95 hesabı ilə məğlub olub. Hazırda Azərbaycan çempionu 3 xalla D qrupunda sonuncu pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər