“Fənərbağça”nın ulduzu Premyer Liqada?

“Fənərbağça”nın ulduzu Premyer Liqada?

Mövsümün əvvəlində "Fənərbağça"ya transfer olan Sebastyan Şimanski göstərdiyi performansla bütün diqqətləri üzərinə çəkib.

Fanat.Az "RP PL"-ə istinadən xəbər verir ki, Şimanski İngiltərə Premyer Liqasından "Çelsi", "Liverpul" və "Mançester Yunayted"in diqqət mərkəzindədir.

Mənbə bildirir ki, İstanbul klubu polşalı hücumçunun satış qiymətini 39 milyon avro müəyyən edib.

Qeyd edək ki, Şimanski  "Fənərbağça"nın heyətində cari mövsüm 29 rəsmi matçda 11 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. 

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər