"Fənərbağça”nın sabiq futbolçusu "Sabah"da? - Klubdan açıqlama

"Fənərbağça”nın sabiq futbolçusu "Sabah"da? - Klubdan açıqlama

“Sabah” klubunun heyətinə yeni müdafiəçi transfer edəcəyi gözlənilir. Söhbət seneqallı futbolçu Abdullaye Badırdan gedir. Tərəflər böyük ölçüdə razılıq əldə edib.

Banın karyerası kifayət qədər zəngin hesab oluna bilər. Son olaraq Portuqaliyanın “Aruka” klubunda çıxış edən 31 yaşlı stoper daha əvvəl bu ölkədə “Portu”, “Vitoriya”, İspaniyada “Deportivo”,M “Rayo Valyekano”, Türkiyədə “Fənərbağça” və “Alanyaspor” kimi komandalarda oynayıb. O, Almaniya və Rumıniyada da çıxış edib. (Futbolpress.az)

Məsələni dəqiqləşdirmək üçün "Sabah"la əlaqə saxladıq. 

Klubun mətbuat katibi Elnur Həmidov Fanat.Az-a açıqlamasında bildirdi: "Hazırda transfer çalışmalarımız davam edir. Tezliklə yeni transferlərin olması gözlənilir. Ancaq rəsmi anlaşma olmadan konkret ad çəkə bilmərəm. Hər hansı futbolçunun keçidi rəsmiləşən kimi bu barədə ictimaiyyətə məlumat veriləcək".

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər