"Fənərbağça"nın baş məşqçisi postuna 5 namizəd

"Fənərbağça"nın baş məşqçisi postuna 5 namizəd

Jorje Jezusun gedişindən sonra “Fənərbağça” baş məşqçi axtarışlarına start verib. 

Fanat.Az-ın xəbərinə görə, portuqaliyalı mütəxəssisdən boş qalan posta 5 namizəd var. 

Bu barədə "Sport Arena" məlumat yayıb. Mənbə bildirir ki, siyahıda Vinçenzo Montella, Abdullah Avcı, Mirça Luçesku, Sergen Yalçın və Yoahim Löv var. 

Qeyd edək ki, Jezus “Fənərbağça”nı mövsümün əvvəlindən çalışdırırdı. O, ötən gecə Türkiyə kubokunun “Başakşəhər”lə final oyunundan (2:0) sonra komandadan getdiyini bəyan edib.

Jezus bu komandaya 9 il sonra titul qazandırsa da, müddəti bitən müqaviləsini yeniləmək istəməyib və azad agent kimi ayrılıb.“Sarı bülbüllər” portuqaliyalı çalışdırıcısının rəhbərliyi altında Super Liqada da 80 xalla ikinci yeri tutmuşdu.

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər