"Fənərbağça"nı Səudiyyə Ərəbistanı klubuna dəyişdi

"Fənərbağça"nı Səudiyyə Ərəbistanı klubuna dəyişdi

"Fənərbağça" sabiq çalışdırıcısı Jorje Jezuş "Əl-Hilal"a baş məşqçi təyin edilib.

Fanat.Az-ın məlumatına görə, xəbər verir ki, informasiyanı Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti yayıb.

Portuqaliyalı mütəxəssislə imzalanan müqavilənin detalları ictimaiyyətə açıqlanmayıb.

68 yaşlı Jezuş daha öncə “Benfika”, “Sportinq”, “Braqa” və “Flamenqo” kimi klublarda işləyib. O, 2018/2019 mövsümündə də “Əl-Hilal”ı çalışdırıb. 

Qeyd edək ki, sözügedən çalışdırıcı "Fənər"lə bu yay vidalaşmışdı.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər