Türkiyənin “Fənərbağça” klubu növbədənkənar ümumi yığıncaq keçirərək Türkiyə Super Liqasından ayrılmaq məsələsini müzakirə edib.
Fanat.Az xəbər verir ki, İstanbul klubunun prezidenti Ali Koç bu barədə çıxardıqları qərarı "beİN Sports"-a açıqlayıb: “Bütün müzakirələrimizdə ən az arzu olunan və son variant hesab edilən həll liqadan çəkilmək oldu. Ancaq 3 aydan sonra baş tutacaq Baş Assambleyanın iclasına qədər çempionatdan geri çəkilmək məsələsini təxirə saldıq. Yəni ən azı bu ilin yayına qədər turnirdə oynamağa davam etmək qərara alındı.
Biz hazırda futbol fəaliyyətini dayandırmaq imkanını düşünmürük. Çünki biz buna hazırlaşmalıyıq. Necə hazırlamalıyıq? Bu, xaricdə strukturun olması deməkdir”.
Qeyd edək ki, "Fənərbağça"nın "Trabzonspor"la səfər matçında insident baş verib. Meydan sahiblərinin azarkeşləri meydançaya axışaraq "Fənərbağça"lı futbolçularla dava ediblər.
Mirağa