"Fənərbağça" ciddi itki ilə üzləşib.
Fanat.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çağlar Söyüncü zədələnib.
Avropa Konfrans Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən qarşılaşmada - "Union"la (Belçika) matçda (3:0) zədələnən mərkəz müdafiəçisi bu gün MRT müayinəsindən keçib. Müayinə zamanı əzələsinin yırtıldığı üzə çıxan futbolçu azı 3 həftə İstanbul təmsilçisinə kömək edə bilməyəcək.
Qeyd edək ki, "Fənərbağça" Söyüncünü qış transfer pəncərəsi zamanı "Atletiko"dan icarəyə götürüb.