Türkiyə Superkubokunun finalında “Qalatasaray” – “Fənərbağça” matçı baş tutmayıb.
Fanat.Az xəbər verir ki, “sarı-lacivərdlilər” oyunu yarımçıq tərk edib.
Türkiyə Futbol Federasiyasının qərarları ilə razılaşmayan “Fənərbağça” oyuna U-19 komandası ilə çıxıb. 1-ci dəqiqədə “Qalatasaray”ın ulduzu Mario İkardi hesabı açdıqdan sonra isə “sarı-lacivərdlilər” meydanı tərk ediblər.