Felipe Santos Bakı klubu ilə müqavilə bağladı - RƏSMİ

Felipe Santos Bakı klubu ilə müqavilə bağladı - RƏSMİ
Avropa Konfransı Liqasına hazırlaşan "Keşlə” daha bir transfer reallaşdırıb.
 
Fanat.Az xəbər verir ki, paytaxt klubu brazliyalı futbolçu Felipe Santosu transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçi ilə 1 ili əhatə edən əməkdaşlıq müqaviləsi imzalanıb.
 
Qeyd edək ki, Santosun son klubu Sloveniyanın 1-ci liqasında (elita) çıxış edən "Maribor" olub. O, daha öncə "Palmeyras” və "Ankaran”da da çıxış edib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər