Federasiya rəsmisi "Qalatasaray"ın oyununa təyinat aldı

Federasiya rəsmisi "Qalatasaray"ın oyununa təyinat aldı

Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq yarışa supervayzer kimi təyinat alıb.

Fanat.Az xəbər verir ki, məlumatı AVF-nin mətbuat xidməti yayıb.

Gözəlbəyli qadın voleybolçular arasında CEV Kubokunun 1/16 final mərhələsində Türkiyənin "Qalatasaray" və Portuqaliyanın "Portu" komandaları arasında keçiriləcək oyunda hakimlərin fəaliyyətinə nəzarət edəcək.

Dekabrın 3-də İstanbulda reallaşacaq qarşılaşmanın hakimləri italiyalı Mauro Karlo Qoitre və finlandiyalı Marko Oravaynen olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər