"Qalatasaray"ın baş məşqçisi Fatih Terim klubdan incidiyini bildirib. Fanat.az xəbər verir ki, buna səbəb Terimin milli ilə uğur qazanmasından sonra "sarı-qırmızılı" klubdan heç kəsin onu tbrik etməməsi olub.
Bu barədə baş məşqçi özü danışıb: "Nə matçdan əvvəl, nə də sonra "Qalatasaray" rəhbərliyindən heç kim mənə zəng edib "uğurlar" demədi. Hamı mənimlə əlaqə saxladı, bütün Türkiyə mənə uğur arzuladı, amma klub rəhbərliyindən heç kim bunu etmədi".
Bundan əlavə "imperator" klubla imzaladığı müqaviləyə də toxunub: "Qalatasaray"la bağladığım müqavilə ilə bağlı heçnə danışmadım. Müqavilənin bir cümləsini belə oxumadım, oxumaram da! "Qalatasaray" mənim üçün seçim deyil. "Gəl" dedilər, gəldim, "qaç" desələr qaçaram, "get" desələr gedərəm. "Qalatasaray" mənə "get" demədikcə getmərəm. Məni bəzi şeylərə məcbur etməsinlər.
Qeyd edək ki, Fatih Terim milli ilə çıxdığı iki matçda qələbə qazansa da, klubla işlər qaydasında getmir. Belə ki, "Qalatasaray" Türkiyə Super Liqasında 4 turdan sonra 6 xalla 7-ci pillədə qərarlaşıb. Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda isə "TT Arena"da Madrid "Real"ına 1:6 hesabı ilə məğlub olub.