Fatih Terim "Qalatasaray"a qayıdır. Fanat.az xəbər verir ki, bu barədə bu gün Türkiyə mediasında xəbərlər yayılıb.
İddialara görə, son dövrlər uğursuzluq zolağından çıxa bilməyən "Qalatasaray" yeni mövsümə "İmperator"la başlayacaq. Fatih Terimin "AVRO-2016"dan sonra milli komandadan ayrılaraq sevimli komandasının başına keçəcəyi iddia edilib.
Qeyd edək ki, Fatih Terim 1996-2000, 2002-2004 və 2011-2013-cü illərdə "Qalatasaray"ı çalışıdır. Komanda onun rəhbərliyi altında Türkiyə çempionluğunu (6 dəfə), kubokunu (2), Super Kubokunu (4) və UEFA Kubokunu (1) qazanıb, Çempionlar Liqasının 1/4 final mərhələsinə çıxıb. O, futbolçu karyerası ərzində də 11 il - 1974-1985-ci illərdə "Qalatasaray"ın formasını geyinib, 3 dəfə Super Liqanın, 1 dəfə Türkiyə Super Kubokunun qalibi olub.
Fanat.az