"Bir daha "Qalatasaray"a qayıtsam, prezident kimi dönərəm". Fanat.az xəbər verir ki, bu sözləri "Qalatasaray"ın istefaya göndərdiyi Fatih Terim deyib.
Dünən istefasını öyrəndikdən sonra Tarabyadakı evinə gedən "İmperator"u azarkeşlər kimi dostları da yalnız buraxmayıb. Gecə Terim evinə gələn dostlarından birinin "Qalatasaray"dan 3-cü dəfə ayrıldın. Yenə təklif gəlsə gedərsən" sualını cavablandırarkən sevimli komandasına dördüncü dəfə prezident kimi dönəcəyini bildirib.
"İmperator" rəhbərliyin zənglərinə cavab verməməsi ilə bağlı yayılan xəbərlərə də dostları ilə görüşdə aydınlıq gətirib. Terim istefasına səbəb göstərilən məsələni bu cür aydınlaşdırıb: "Müqaviləmiz 1 ildən bir artırdı. İndi 2 illik müqavilə istədilər. Nə dəyişdi, nə oldu ki, belə etdilər? Telefonlara cavab verməmişəm? Mən telefon işlətmirəm, işimi görürəm, çalışıram".