Fatih Terim “Qalatasaray”da

Fatih Terim “Qalatasaray”da

Türkiyənin futbol üzrə milli komandasının baş məşqçisi postundan istefa verən Fatih Terimin yeni iş yeri müəyyənləşmək üzrədir.

Fanat.Az xəbər verir ki, “Hürriyet” 64 yaşlı mütəxəssisin yenidən “Qalatasaray”ın sükanı arxasına keçəcəyini iddia edib.

İstanbul təmsilçisinin hazırkı baş məşqçi xorvatiyalı İqor Tüdorla 400 min avro təzminat qarşılığında yollarını ayıracağı bildirilir.

Türkiyə yığmasının başına keçəcək namizədlər arasında isə “Beşiktaş”ın baş məşqçisi Şenol Günəşlə Rusiya təmsilçisi “Zenit”dən ayrılan rumıniyalı Mirça Luçeskunun adları daha çox hallanır.

Qeyd edək ki, Fatih Terim daha əvvəl 3 dəfə “Qalatasaray”ın baş məşqçisi olub. O, 1996-2000, 2002-2004 və 2011-2013-cü illərdə “sarı-qırmızılar”a rəhbərlik edib. Təcrübəli mütəxəssis "Qalatasaray"la 6 dəfə ölkə çempionu olmaqla yanaşı, 2000-ci ildə UEFA Kubokunu qazanıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər