“Əzmkarlıq sayəsində “Neftçi” səddini keçmək olar”

“Əzmkarlıq sayəsində “Neftçi” səddini keçmək olar”
"Rəvan” Azərbaycan Kubokunun 1/2 final mərhələsinin ilk oyunu çərçivəsində "Neftçi”nin qonağı olacaq. Aprelin 16-da "Bakcell Arena”da baş tutacaq duel ərəfəsində komandanın kapitanı Novruz Məmmədov və təcrübəli futbolçusu Ramazan Abbasov fikirlərini bölüşüblər.
Novruz Məmmədov: "Oyuna ciddi hazırlaşırıq, bizi nə qədər çətin sınağın gözlədiyinin fərqindəyik. "Rəvan” tarixində ilk dəfə yarımfinala yüksəlib. Bunun davamını gətirmək istəyirik. Məqsədimiz ilk görüşdən sərfəli nəticə ilə ayrılmaqdı. Səfərdə qol buraxmamaq çox önəmlidi. Meydanın hər qarışı uğrunda mübarizə aparmalıyıq. Ad-san baxımından rəqib favorit ola bilər, lakin qələbə istək və əzmkarlıq hesabına əldə olunur”.
Ramazan Abbasov: "Yarımfinalda zəif və güclü komanda anlayışı olmur. "Rəvan” kuboku qazanmağa layiq 4 klubdan biridi. Finala çıxmaq öz əlimizdədi. Aydın məsələdi ki, hamımızın arzusu Azərbaycan Kubokunu qazanıb, Avropa Liqasına düşməkdi. Rəqibimiz son 3 mövsümün çempionudu, tarixi olan bir klubdu. Lakin indiki halda hər iki komandanın şansları bərabərdi. Düşünürəm ki, ilk görüşdən çox şey asılıdı. Səfərdə qol vurmaq üçün əlimizdən gələni etməliyik”.
ravanfc.com
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər