“Exspress” – “Sərhədçi” oyunundan FOTOLAR

“Exspress” – “Sərhədçi” oyunundan FOTOLAR

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyun təşkil olunub.

Fanat.Az xəbər verir ki, ötən gün keçirilən görüşdə“Exspress” “Sərhədçi”ni sınağa çəkib.

“Murov” klubunun idman zalında II tur çərçivəsində baş tutan qarşılaşma nominal ev sahiblərinin qələbəsi ilə başa çatıb. İlk setdə 25:21 hesabı ilə qalib gələn “Ekspress” növbəti hissədə rəqibini çətinliklə məğlub edib – 27:25. Üçüncü set də gərgin mübarizə şəraitində keçib. Lakin 23:25 hesabı ilə uduzan “Sərhədçi” məğlubiyyətdən xilas ola bilməyib. “Ekspress” çempionata 3:0 hesablı qələbə ilə başlayıb.

26 yanvar

Yüksək Liqa

II tur

“Exspress” – “Sərhədçi” 3:0( 25:21, 27:25, 25:23)

Yanvarın 27-də isə II turun digər qarşılaşmasında MOİK “Murov”u (saat 16:00) sınağa çəkəcək. Bu tur “Neftçi” istirahət edəcək.

Qeyd edək ki, mövsümdə hələlik bir görüş keçirilib. Həmin oyunda MOİK “Neftçi”yə 3:1 (25:19, 26:28, 25:23, 25:16) hesabı ilə qalib gəlib.

Foto: İslam Atakişiyev  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər