Çex futbolçu: "Bakıda oynamağı anlamıram və qəbul etmirəm"

Çex futbolçu: "Bakıda oynamağı anlamıram və qəbul etmirəm"
Çexiya millisinin yarımmüdafiəçisi Antonin Barak AVRO-2020-nin 1/4 final mərhələsində Danimarkaya qarşı oynayacaqları matçın Bakıda keçirilməsindən şikayətlənib.
Fanat.Az "Onet"ə istinadən xəbər verir ki, Barak belə danışıb: "Çox təəssüf ki, Bakıda oynamalıyıq. Ailəmiz və azarkeşlərimiz bizi tribunalardan dəstəkləyə bilməyəcək. Bunu anlamıram və qəbul edə bilmirəm. Matça Kopenhagendə - rəqibimizin meydanında çıxsaydıq, Bakıdakından daha çox azarkeşimiz olardı".
O, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycana etdikləri səfəri də yada salıb: "Çətin idi. Yol bizi çox yordu. Hava şəraiti də ürəyimizcə deyildi. Fərq budur ki, biz indi Avropa çempionatındayıq və hər oyun sonuncu ola bilər".
Qeyd edək ki, Çexiya və Danimarka milliləri iyulun 3-də Bakı Olimpiya Stadionunda qarşılaşacaq.
Atilla
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər