Ermənilər qovdu, "Qalatasaray" sahib çıxdı

Ermənilər qovdu, "Qalatasaray" sahib çıxdı

Gödəkçəsinə 4-cü ulduzu əli ilə tikən "Qalatasaray"ın qocaman azarkeşi Setrak Yelegen çalışdığı erməni kilsəsindən qovulduğunu diqqətinizə çatdırmışdıq. Fanat.az xəbər verir ki, buna onun son günlərdə tez-tez gündəmə gəlməsi səbəb olub.

Amma "Qalatasaray"ın sevimlisi işsiz qalmayacaq. Belə ki, klub yaşlı fanata sahib çıxıb. İstanbul təmsilçisinin rəsmi saytı vasitəsi ilə yayılan məlumatda onun "GSSTORE"də çalışacağı qeyd olunub.

Qeyd edək ki, klub rəhbərliyi adıçəkilən azarkeşə qayğı göstərərək, onu Avropa Liqası çərçivəsində İstanbula "Latsio" ilə keçirilən oyuna dəvət etmişdi. Yerli azarkeşlər hətta Setrak Yelegen üçün böyük ölçüdə kareoqrafi də hazırlamışdı.

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər