Eriksenin "İnter"dəki gələcəyi necə olacaq? - AÇIQLAMA

Eriksenin "İnter"dəki gələcəyi necə olacaq? - AÇIQLAMA
Yeni mövsüm ərəfəsində "inter"in baş məşqçisi Simone İnzagi klubun hücumçusu Romelu Lukaku və yarımmüdafiəçi Kristian Eriksenİn klubdakı gələcəyi ilə bağlı sualları cavablandırıb.
Fanat.Az  xəbər verir ki, "Football Italia" İnzaginin söylədiklərini belə çatdırıb: 
"Mən Lukaku ilə bir neçə dəfə əlaqə saxlamışam. O, Belçika millisinin yarışdan kənarda qalması səbəbindən çox üzülüb. Lakin biz onun formada olduğuna əminik.
Həmçinin Eriksenlə də danışmışam, amma çempionatan əvvəl. Eriksen mənim güvəndiyim oyunçulardandır.  Eriksenin qayıtması üçün müəyyən vaxta ehtiyac var. Onun yolunu böyük ümidlə gözləyirik.  Ötən mövsümün ikinci yarısında Kristian bizim üçün çox vacib idi. Amma ümidvaram ki, yeni transferimiz - Hakan Çalhanoğlu yaxşı çıxış edəcək".
Xatırladaq ki, Eriksenin AVRO 2020-nin qrup oyunları çərçivəsində baş tutan "Finlandiya - Danimarka" oyunu zamanı meydanda ürəyi dayanıb. Həkimlərin müdaxiləsi nəticəsində həyatı xilas edilən danimarkalının ürəyinə xüsusi cihaz yerləşdirilib.
Emin Şəmsiyev
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər