Erik Ramos "Neftçi"yə qayıtmayacaq

Erik Ramos "Neftçi"yə qayıtmayacaq
"Neftçi" daha bir legioneri ilə vidalaşmalı olub. Fanat.az xəbər verir ki, Erik Ramos böyük ehtimalla yeni mövsümdə komandanın formasını geyinə bilməyəcək.
Belə ki, paraqvaylı futbolçu "Rubio Nu" klubuna məxsusdu. "Neftçi" Ramosun klubu ilə problemini həll etməyi tapşırıb. Lakin futbolçu Paraqvay klubundan ayrıla bilməyib. Hazırda "Neftçi"nin Bolu toplanışında iştirak etməyən Ramos böyük ehtimalla geri dönməyəcək.
Qeyd edək ki, Ramos 2012-ci ildən "Neftçi"də çıxış edir. 27 yaşlı yarımmüdafiəçi bu müddətdə 88 rəsmi oyuna çıxıb və 4 qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər