Ərəblər portuqaliyalı ulduzun keçidini reallaşdırdı

Ərəblər portuqaliyalı ulduzun keçidini reallaşdırdı

Səudiyyə Ərəbistanı klubları daha bir ulduz futbolçunun keçidini reallaşdırıblar.

Fanat.Az xəbər verir ki, "Əl-Hilal" "Vulverhempton"un portuqaliyalı yarımmüdafiəçisi Ruben Neveşi sıralarına qatıb.

Klub 26 yaşlı futbolçunun keçidini rəsmi "Twitter" səhifəsindən açıqlayıb. Ərəblər Premyer Liqa təmsilçisinin kapitanını 47 milyon funt-sterlinqə transfer ediblər. 

Bu məbləğ "Vulverhempton"un tarixində rekord satışdır.

Qeyd edək ki, "Barselona" da portuqaliyalı futbolçunun keçidində maraqlı idi. Kataloniyalılar onu əldə etmək üçün Ansu Fatini transferə çıxarmağa hazır idi.

Neveş ötən mövsüm "Vulverhempton"un heyətində 35 oyuna çıxaraq 6 qol vurub və 1 məhsuldar ötürmə edib. O, "Vulverhempton"da keçirdiyi 6 il ərzində 253 oyuna çıxıb və 30 qol vurub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər