Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Belçikada NATO sammitinə qatılacaq, ardınca isə Bakıya gələcək.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, iyunun 13-14-də Brüsseldə NATO sammitində iştirak edəcək dövlət başçısı Bakıya səfər zamanı futbol matçına baxmağı da planlaşdırır.
Belə ki, iyunun 14-16-da Azərbaycanda olacaq Ərdoğan AÇ-2020 çərçivəsində Türkiyə millisinin Uelslə görüşünə stadiondan baxmaq istəyindədir.
Qeyd edək ki, A qrupunun Türkiyə - Uels görüşü iyunun 16-da Bakı Olimpiya Stadionunda reallaşacaq.
Atilla