"Ən yüksək formada olacağıq" - Millimizin voleybolçusu

"Ən yüksək formada olacağıq" - Millimizin voleybolçusu

“Hazırlığımız yüksək səviyyədə davam edir. Maydan etibarən güclü və gərgin məşqlərimiz keçir. İnanıram ki, toplanışın yekununda ən yüksək formada olacaq və əsas oyunlarda uğurla çıxış edərək, azarkeşlərimizi sevindirəcəyik".

Fanat.Az xəbər verir ki, bunu Azərbaycanın kişilərdən ibarət volleybol millisinin üzvü Andrey Vasilenko federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

O, çıxış edəcəkləri yarışların vacibliyinə toxunub: 

"Həm Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunları, həm də Avropa çempionatının təsnifat oyunlarında yaxşı çıxış etməli, Vətənə uğurla dönməliyik".

Vasilenko hazırlığın ilk günündən məşqçilərin hər bir oyunçunun qarşıdakı yarışlarda ən yüksək formada çıxış etməsi üçün çalışdıqlarını söyləyib: "Hazırlığın növbəti mərhələsində gücümüzü yoxlama oyunlarında sınayacağıq. Bu oyunlar zamanı komandamızın hansı mövqelərində çatışmazlıqlar varsa, onları aradan qaldıracağıq. İnanıram ki, toplanışın yekununda ən yüksək formada olacaq və əsas oyunlarda uğurla çıxış edərək, azarkeşlərimizi sevindirəcəyik".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər