Çempionlar Liqasının və Konfederasiya Kubokunun finalları ertələndi - RƏSMİ

Çempionlar Liqasının və Konfederasiya Kubokunun finalları ertələndi - RƏSMİ
Afrika Futbol Konfederasiyası (CAF) koronavirus pandemiyası üzündən qitənin iki ən önəmli turnirinin final matçlarını ertələyib.
 
Fanat.Az qurumun saytına istinadən xəbər verir ki, Afrika Çempionlar Liqasının və Konfederasiya Kubokunun həlledici qarşılaşmaları qeyri-müəyyən müddətə təxirə salınıb.
Konfederasiya Kubokunun finalı mayın 24-də, ÇL-in həlledici matçı isə bundan 5 gün sonra keçirilməliydi.
 
Həmin oyunların yeni tarixinin daha sonra açıqlanacağı bildirilib.
 
Xatırladaq ki, CAF daha öncə bu iki turnirin 1-3 may və 8-10 mayda keçirilməsi planlaşdırılan yarımfinal qarşılaşmalarının da qeyri-müəyyən müddətə təxirə salındığını açıqlamışdı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər