Çempionlar Liqasının oyununda 5 nəfər öldü - FOTO

Çempionlar Liqasının oyununda 5 nəfər öldü - FOTO
Afrika Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçından sonra baş vermiş sıxlıq nəticəsində 5 nəfər ölüb.
Fanat.Az xəbər verir ki, hadisə Anqolanın paytaxtı Luandada yerli "Primeyru di Aqoştu” və Konqo Demokratik Respublikasının "TP Mazembe” komandaları arasındakı qarşılaşmadan sonra baş verib.
Oyunu izləmək üçün stadiona 50 min azarkeş toplaşıb. Matçdan sonra bağlı qapıların gec açılması səbəbindən tamaşaçılar çıxışa doğru qaçmağa başlayıblar. Bu zaman böyük sıxlıq yaranıb. Bəzi şəxslərin polis atlarının ayaqları altında qaldığı bildirilir. Nəticədə 5 nəfər həlak olub, 7 nəfər yaralanıb.
 
Çempionlar Liqasının oyununda 5 nəfər öldü - FOTO
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər