Çempionlar Liqasının iki oyunu təxirə salındı

Çempionlar Liqasının iki oyunu təxirə salındı
Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində keçirilməli olan iki oyun təxirə salınıb.
Fanat.Az xəbər verir ki, "Yuventus" - "Lion" və "Mançester Siti" - "Real" matçları koronavirus pandemiyası səbəbindən nəzərdə tutulduğu tarixdə keçirilməyəcək.
"Yuventus"un müdafiəçisi Daniele Ruqanidə koronavirus aşkarlanıb. Turin klubu komanda halında karantinə alınıb.
"Real"ın isə basketbolçusu Trey Tompkins koronavirusa yoluxub. Madrid klubunun futbol və basketbol komandaları eyni bazada məşq etdikləri üçün futbolçular da karantinə götürülüb.
UEFA 17 mart tarixində avrokubokların gələcəyi ilə bağlı yekun qərarını açıqlayacaq. Turnirlərin dayandırılacağı gözlənilir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər