"Arsenal"ın keçmiş baş məşqçisi Arsen Venger Çempionlar Liqasındakı favoritlərini açıqlayıb.
Fanat.Az Europe1.fr saytına istinadən xəbər verir ki, Venger "Mançester Siti" və PSJ-nin çempionluq şanslarının daha yüksək olduğunu düşünür:
"Atalanta" və ya "Atletiko"ya qarşı oynayırsansa, hər şey baş verə bilər. Amma mənim fikrimcə, potensial baxımından Çempionlar Liqasının iki əsas favoriti "Mançester Siti" və PSJ-di. Hərçənd mənə elə gəlir ki, "parislilər" 3-4 il əvvəllə müqayisədə bir az zəifləyib. Onda onların daha balanslı heyəti var idi.
PSJ-nin Çempionlar Liqasını hələ də qazana bilməməsində səbəb axtarmağa ehtiyac yoxdu. "Real" nümunəsi var. Hətta onlar belə 10-15 il ÇL-i qazana bilməmişdilər. Amma sonradan ardıcıl titulları sıraladılar".
Fanat.Az