Çempionlar Liqasından ən çox pul qazanan klublar

Çempionlar Liqasından ən çox pul qazanan klublar
UEFA ötən mövsüm Çempionlar Liqası və Avropa Super Kubokunda iştirak edən klublara 1 milyard 976 milyon avro paylayıb.
Fanat.Az xəbər verir ki, bu barədə qurumun maliyyə hesabatında məlumat verilib.
2018/19 mövsümündə ən çox qazanan klub "Barselona" olub. Çempionlar Liqasında yarımfinaladək iəliləyən Kataloniya təmsilçisi 117.7 milyon avro qazanıb. 
Turnirin qalibi "Liverpul"un gəliri 111.09, finalçı "Tottenhem"in gəliri isə 101.6 milyon avro olub.
"Yuventus" 95.5, "Mançester Yunayted" 93.4, "Mançester Siti" 93.2, PSJ 85.8, "Atletiko" 85.6, "Real" 85.3, "Bavariya" isə 82.8 milyon avro qazanıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər