Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, IV turun matçlarından sonra bu ada "Tottenhem"in hücumçusu Harri Keyn layiq görülüb.
25 yaşlı forvard azarkeşlərin səsverməsinə əsasən Milan Pavkov ("Srvena Zvezda”, Serbiya), Kərim Benzema ("Real”, İspaniya) və Riyad Mahrezi ("Mançester Siti”, İngiltərə) geridə qoyub.
Qeyd edək ki, Harri Keyn Çempionlar Liqasının IV turunda evdə PSV-ni (Hollandiya) 2:1 hesabı ilə məğlub etdikləri matçda hər iki qolun müəllifi olub.
Fanat.Az