Çempionlar Liqasında II turun ən yaxşı qolu müəyyənləşib.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, azarkeşlər arasındakı sorğunun qalibi İvan Rakitiç olub.
"Barselona"nın xorvatiyalı yarımmüdafiəçisinin "Tottenhem"i 4:2 hesabı ilə məğlub etdikləri görüşdə vurduğu qol turun ən yaxşısı seçilib.
Qeyd edək ki, Rakitiç bu sıralamada "Yuventus”un Paulo Dibala, PSJ-nin hücumçusu Neymar və "Brügge”nin oyunçusu Arno Qruneveldi üstələyib.
Fanat.Az