Çempionlar Liqasında sonuncu tur başlayır

Çempionlar Liqasında sonuncu tur başlayır
Bu gün Çempionlar Liqasının qrup mərhələsində sonuncu - VI turun oyunlarına start veriləcək. 
Fanat.Az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qrupundakı komandalar qarşılaşacaqlar.
Turnirin son qalibi "Liverpul" Avstriyada "Zalsburq"un qonağı olacaq. Mersisayd təmsilçisi heç-heçə sayəsində digər görüşün nəticəsindən asılı olmayaraq növbəti mərhələyə yüksələcək. E qrupunun digər matçında "Napoli" İtaliyada "Genk"i qəbul edəcək. Neapol təmsilçisi qələbə təqdirində, öz taleyini həll edəcək.
F qrupunda "Borussiya" (Dortmund) Almaniyada "Slaviya" ilə üz-üzə gələcək. Digər görüşdə növbəti mərhələni öncədən təmin etmiş "Barselona" İtaliyada "İnter"in qonağı olacaq. "İnter" və "Borussiya"nın xalı bərabərdi və son görüşlərdə hər iki kollektiv qələbə qazansa, şəxsi oyunlardakı üstünlüyə görə İtaliya klubu 1/8 finala yüksələcək.
Nörbəti mərhələni təmin edən digər komanda "Leyptsiq"i Fransada "Lion"la qarşılaşacaq. "Benfika" isə "Zenit"i qəbul edəcək. Bu qrupda da "Zenit" və "Lion"un 7 xalı var. Hər iki komanda son görüşlərini qələbə ilə başa vursa, Sankt-Peterburq təmsilçisi şəxsi oyunlarda üstün olduğu üçün növbəti mərhələni təmin edəcək.
Nəhayət, H qrupunda "Çelsi" "Lill"i qəbul edəcək. Digər görüşdə isə "Ayaks" Hollandiyada "Valensiya" ilə üz-üzə gələcək. London klubu doğma meydanda qələbə qazanaraq digər görüşün nəticəsindən asılı olmayaraq növbəti mərhələyə yüksələcək. "Ayaks"a isə heç-heçə də bəs edəcək.
Çempionlar Liqası
Qrup mərhələsi
VI tur, 10 dekabr
E qrupu
21.55 Napoli (İtaliya) - Genk (Belçika)
21.55 Zalsburq (Avstriya) - Liverpul (İngiltərə)
 

1

Liverpul

5

3

1

1

11:8

10

2

Napoli

5

2

3

0

7:4

9

3

Zalsburq

5

2

1

2

16:11

7

4

Genk

5

0

1

4

5:16

1

F qrupu
00.00 İnter (İtaliya) - Barselona (İspaniya)
00.00 Borussiya (Dortmund, Almaniya) - Slaviya (Çexiya)
 

1

Barselona

5

3

2

0

7:3

11

2

İnter

5

2

1

2

9:7

7

3

Borussiya

5

2

1

2

6:7

7

4

Slaviya

5

0

2

3

3:8

2

G qrupu
00.00 Lion (Fransa) - Leyptsiq (Almaniya)
00.00 Benfika (Portuqaliya) - Zenit (Rusiya)
 

1

Leyptsiq

5

3

1

1

8:6

10

2

Zenit

5

2

1

2

7:6

7

3

Lion

5

2

1

2

7:6

7

4

Benfika

5

1

1

3

7:11

4

H qrupu
00.00 Çelsi (İngiltərə) - Lill (Fransa)
00.00 Ayaks (Hollandiya) - Valensiya (İspaniya)
 

1

Ayaks

5

3

1

1

12:5

10

2

Valensiya

5

2

2

1

8:7

8

3

Çelsi

5

2

2

1

9:8

8

4

Lill

5

0

1

4

3:12

1

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər