Çempionlar Liqasında 2019/20 mövsümünün ilkin mərhələsi başa çatıb.
Fanat.Az xəbər verir ki, turnirin ilkin təsnifat mərhələsinin final matçında Andorranın "Santa Koloma” və Kosovonun "Feronikeli” klubları qarşılaşıb. Kosovo çempionu 2:1 hesabı ilə qalib gələrək I təsnifat mərhələsinə vəsiqə qazanıb. "Feronikeli” bu mərhələdə Uelsin TNS klubu ilə qarşıalaşacaq.
İlkin mərhələnin yarımfinalında məğlub olan komandalar - "Tre Penne” (San Marino) və "Linkoln” (Cəbəllütariq) isə Avropa Liqasının II təsnifat mərhələsində mübarizə aparacaqlar.
Fanat.Az