Çempionlar Liqasının qrup mərhələsində II tura start veriləcək
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində II tura start veriləcək.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə 4 qrupda 8 qarşılaşma keçiriləcək. Turnirin son qalibi "Real" səfərdə Moskvada ÇSKA ilə üz-üzə gələcək. İspaniya klubu ilk turda evdə İtaliya "Roma"sını 3:0 hesabı ilə məğlub edib. ÇSKA isə səfərdə Çexiya "Viktoriya"sı ilə bərabərə qalıb - 2:2.
"Yuventus" İsveçrənin "Yanq Boyz" klubunu qəbul edəcək. Turin təmsilçisi I turda İspaniya "Valensiya"sını 2:0 hesabı ilə yenib. İsveçrə klubu isə evdə İngiltərənin "Manşester Yunayted" komandasına uduzub - 0:3. Meydan sahiblərinin ulduz futbolçusu Kriştiano Ronaldo ilk turda qırmızı vərəqə aldığı üçün bu matçda iştirak etməyəcək.
Günün digər maraqla gözlənilən oyunu Almaniyada baş tutacaq. "Bavariya" Hollandiya "Ayaks"ı ilə münasibətlərə aydınlıq gətirəcək. Münhenlilər qrup mərhələsinin ilk oyununda səfərdə Portuqaliya "Benfika"sını 2:0 hesabı ilə üstələyib. "Ayaks" isə evdə Yunanıstan AEK-ini məğlub edə bilib - 3:0 .
Çempionlar Liqası
2018/19 mğvsümü
II tur, 2 oktyabr
E qrupu
23.00 AEK (Yunanıstan) - Benfika (Portuqaliya)
23.00 Bavariya (Almaniya) - Ayaks (Hollandiya)
F qrupu
20.55 Hoffenhaym (Almaniya) - Mançester Siti (İngiltərə)
23.00 Lion (Fransa) - Şaxtyor (Ukrayna)
G qrupu
23.00 ÇSKA (Rusiya) - Real (İspaniya)
23.00 Roma (İtaliya) - Viktoriya (Çexiya)
H qrupu
20.55 Yuventus (İtaliya) - Yanq Boyz (İsveçrə)
23.00 Mançester Yunayted (İngiltərə) - Valensiya (İspaniya)
Fanat.Az