Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, "Real"ın qapıçısı Keylor Navas yarımfinal mərhələsinin cavab qarşılaşmalarının ən yaxşısı seçilib.
32 yaşlı qapıçı azarkeşlərin iştirak etdiyi sorğuda 55 faiz səs yığıb. "Liverpul"un futbolçusu Sadio Mane isə ikinci olub.
Qeyd edək ki, "Real" Çempionlar Liqasının finalında "Liverpul"la üz-üzə gələcək. Həlledici qarşılaşma mayın 26-da Ukraynanın "Olimpiyski" stadionunda keçiriləcək.
Fanat.Az