Çempionlar Liqasında ən çox qol vuran oyunçu kimdi? - SİYAHI

Çempionlar Liqasında ən çox qol vuran oyunçu kimdi? - SİYAHI
Xəbər verdiyimiz kimi, "Barselona”nın futbolçusu Lionel Messi Çempionlar Liqasında iki rekorda imza atıb. Argentinalı ulduz Hollandiyanın PSV klubunu 2:1 hesabı ilə məğlub etdikləri matçın 61-ci dəqiqəsində hesabı açmaqla turnirin qrup mərhələsində ən çox qol vuran oyunçu olub. 31 yaşlı hücumçu Çempionlar Liqasının qrup mərhələsindəki 66-cı matçında 66-cı qolunu vurub. Messi bununla "Yuventus”un portuqaliyalı forvardı Kriştiano Ronaldonu geridə qoyub.
Argentinalı turnirdə bir klubun heyətində ən çox qol vuran futbolçu ünvanını da Ronaldodan alıb. Yarışda 106-cı qolunu vuran kapitan 105 qola malik portuqaliyalını geridə qoyub.
Bəs Çempionlar Liqasının ən çox qol vuran fubolçusu kimdi? Fanat.Az xəbər verir ki, Messi tərəfindən 2 rekordu qırılan Ronaldo hələ də turnirin bombardiridi. Portuqaliyalı ulduz 4 klubun heyətində 121 qola imza atıb. Messi isə yalnız bir klubda oynayıb və 106 dəfə fərqlənib.
Çempionlar Liqasında ən çox qol vuran 10 futbolçunu təqdim edirik:
1. Kriştiano Ronaldo (Yuventus, Real, Mançester Yunayted, Sportinq) - 157 oyun, 121 qol
2. Lionel Messi (Barselona) - 128 oyun, 106 qol
3. Raul (Şalke 04, Real) - 142 oyun, 71 qol
4. Kərim Benzema (Real, Lion) - 109 oyun, 59 qol
5. Rud van Nistelroy (Real, Mançester Yunayted, PSV) - 73 oyun, 56 qol
6. Robert Levandovski (Bavariya, Borussiya Dortmund) - 77 oyun, 51 qol
7. Tyerri Anri (Barselona, Arsenal, Monako) - 112 oyun, 50 qol
8. Andrey Şevçenko (Milan, Çelsi, Dinamo Kiyev) - 100 oyun, 48 qol
9. Zlatan İbrahimoviç (İnter, Yuventus, Milan, Barselona, PSJ, Ayaks) - 120 oyun, 48 qol
10. Filipo İnzaqi (Yuventus, Milan) - 81 oyun, 46 qol
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər