Çempionlar Liqasında 3 xoşbəxt müəyyənləşir

Çempionlar Liqasında 3 xoşbəxt müəyyənləşir
Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək. 
Fanat.Az xəbər verir ki, bu gün 3 qarşılaşma baş tutacaq. Növbəti raunda ilk vəsiqələr İsrail və Moldovadakı matçlarda sahibini tapacaq. 
Səfərdən məğlub dönən "Hapoel” və "Şerif” doğma azarkeşlər önünə çıxacaq. Sonuncuların "Şkendiya”nı mübarizədən kənarlaşdırmaq şansı az deyilsə, israillilərin möcüzəni gerçəkləşdirməsi inandırıcı deyil. Zaqreb "Dinamo”sunun 5 topluq üstünlüyü əldən verməsi mümkünsüz görünür.
Günün son matçı Slovakiyada keçiriləcək. Öz meydanında gözlənilməz məğlubiyyət alan "Legiya” çətin vəzifənin öhdəsindən gəlməyə çalışacaq.
Çempionlar Liqası
II təsnifat mərhələsi
Cavab oyunları
31 iyul
21.00 Hapoel (Beer-Şeva, İsrail) - Dinamo (Zaqreb, Xorvatiya)
İlk oyun - 0:5.
21.00 Şerif (Moldova) - Şkendiya (Makedoniya)
İlk oyun - 0:1.
22.30 Spartak (Slovakiya) - Legiya (Polşa)
İlk oyun - 2:0.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər