Çempionlar Liqası: "Mançester Siti" və "Liverpul"dan qələbə 

Çempionlar Liqası: "Mançester Siti" və "Liverpul"dan qələbə 

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. 

"Mançester Siti" öz meydanında "Atletiko Madrid"i 1:0 hesabı ilə, "Liverpul" isə səfərdə "Benfika"nı 3:1 hesabı ilə məğlub edib. 

Qeyd edək ki, bu mərhələnin digər iki ilk oyunu aprelin 6-da gerçəkləşəcək.

Çempionlar Liqası, 1/4 final

İlk oyunlar

5 aprel

"Mançester Siti" (İngiltərə) - "Atletiko Madrid" (İspaniya) 1:0 Qol: Kevin De Brüyne, 70. Baş hakim: İştvan Kovaç (Rumıniya)

"Benfika" (Portuqaliya) - "Liverpul" (İngiltərə) 1:3 Qollar: Darvin Nunyes, 49 - İbrahima Konate, 17. Sadio Mane, 34. Luis Dias, 87. Baş hakim: Xesus Hil Mansano (İspaniya)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər