Çempionlar Liqası və Avroliqanın final matçları azarkeşlərsiz keçirilə bilər

Çempionlar Liqası və Avroliqanın final matçları azarkeşlərsiz keçirilə bilər
UEFA koronavirus pandemiyası səbəbindən qeyri-müəyyən müddətə təxirə salınan Çempionlar Liqası və Avropa Liqasının gələcəyi ilə bağlı mümkün variantları dəyərləndirir.
Fanat.Az "The Independent"ə istinadən xəbər verir ki, qurum hələ də növbəti mövsümün startına qədər cari mövsümü bitirməkdə qərarlıdı. Bu səbəbdən də UEFA Çempionlar Liqası və Avropa Liqasının final matçlarını mümkün olan ən erkən tarixdə boş tribunalar önündə keçirmək fikrindədi.
Koronavirus pandemiyasının yayılması ilə əlaqədar olaraq, demək olar ki, bütün futbol turnirləri dayandırılıb. Avropada çempionatın davam etdiyi yeganə ölkə Belarusdu.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər