Çempionlar Liqası: "Qalatasaray" asan qrupa düşdü

Çempionlar Liqası: "Qalatasaray" asan qrupa düşdü
UEFA Çempionlar Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçirilib.
Fanat.Az xəbər verir ki, Monakoda atılan püşk nəticəsində 32 klub 8 qrupa bölünüb. Ötən mövsümlə müqayisədə, bu dəfə Azərbaycanı Avropanın ən nüfuzlu klub turnirinin qruplarında heç bir komanda təmsil etmir. 
Türkiyənin yeganə təmsilçisi isə "Qalatasaray"dı. "Sarı-qırmızılar" D qrupunda Moskva "Lokomotiv"i, "Portu" və "Şalke" ilə mübarizə aparacaq.
Qeyd edək ki, mərasim zamanı UEFA 2017/18 mövsümünün ən yaxşı kişi və qadın futbolçusunu, qapıçısı, müdafiəçisi, yarımmüdafiəçisi və hücumçusunu da açıqlayacaq.
 
A qrupu
Atletiko (İspaniya)
Borussiya (Dortmund, Almaniya)
Monako (Fransa)
Brügge (Belçika)
 
B qrupu
Barselona (İspaniya)
Tottenhem (İngiltərə)
PSV (Hollandiya)
İnter (İtaliya)
C qrupu
PSJ (Fransa)
Napoli (İtaliya)
Liverpul (İngiltərə)
Srvena Zvezda (Serbiya)
D qrupu
Lokomotiv (Rusiya)
Portu (Portuqaliya)
Şalke (Almaniya)
Qalatasaray (Türkiyə)
 
E qrupu
Bavariya (Almaniya)
Benfika (Portuqaliya)
Ayaks (Hollandiya)
AEK (Yunanıstan)
 
F qrupu
Mançester Siti (İngiltərə)
Şaxtyor (Ukrayna)
Lion (Fransa)
Hoffenhaym (Almaniya)
 
G qrupu
Real (İspaniya)
Roma (İtaliya)
ÇSKA (Rusiya)
Viktoriya (Çexiya)
 
H qrupu
Yuventus (İtaliya)
Mançester Yunayted (İngiltərə)
Valensiya (İspaniya)
Yanq Boyz (İsveçrə)
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər