Çempionlar Liqası: III təsnifat mərhələsinin cütləri

Çempionlar Liqası: III təsnifat mərhələsinin cütləri
Çempionlar Liqasında III təsnifat mərhələsinin bütün cütlərinin tərkibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu, II təsnifat mərhələsinə yekun vurulduqdan sonra məlum olub. Beləliklə, Çempionlar Yolu ilə 6, Liqa yolu ilə 4 cütlük "pley-off"a vəsiqə uğrunda yarışacaq:
Çempionlar Yolu
"Seltik" (Şotlandiya) - "AEK" (Afina, Yunanıstan)
"Zaltsburq" (Avstriya) - "Şkendiya" (Makedoniya)
"Srvena Zvezda" (Serbiya) - "Spartak" (Trnava, Slovakiya)
"Qarabağ" (AZƏRBAYCAN) - "BATE" (Borisov, Belarus)
"Astana" (Qazaxıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya)
"Malmö" (İsveç) - "Videoton" (Macarıstan)
Liqa Yolu
"Standard" (Lyej, Belçika) - "Ayaks" (Hollandiya)
"Benfika" (Portuqaliya) - "Fənərbaxça" (Türkiyə)
"Slaviya" (Praqa, Çexiya) - "Dinamo" (Kiyev, Ukrayna)
"PAOK" (Yunanıstan) - "Spartak" (Moskva, Rusiya)
Oyunlar 7-8 avqustda və 14 avqustda təşkil olunacaq. Adları birinci göstərilmiş komandalar ilk matçlarını evdə keçirəcəklər. Çempionlar Yolunda iki görüşün yekununda məğlub olacaq komandalar mübarizəni Avropa Liqasının "pley-off" mərhələsində, Liqa yolunda uduzacaq klublar isə Avropa Liqasının qrup mərhələsində davam etdirəcəklər.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər