"Əminəm, sabah yazacaqlar ki, “İnter”in rəqibi yoxdur, amma..." - Simone İnzagi

"Əminəm, sabah yazacaqlar ki, “İnter”in rəqibi yoxdur, amma..." - Simone İnzagi

"İnter"in baş məşqçisi Simone İnzagi İtaliya A Seriyasının 14-cü turunda "Napoli" üzərində qazandıqları qələbəni şərh edib.

Fanat.Az xəbər verir ki, DAZN onun dediklərini belə çatdırıb:

“Bu, güc və komanda ruhunun nümayişidir. Neapola gəlirsənsə, problemlərlə qarşılaşacağını gözləyirsən. Müdafiəçilərimiz üçün müəyyən plan hazırlamışdıq, çünki “Napoli”ni cərimə meydançanızdan nə qədər uzaqlaşdırsanız, bir o qədər yaxşıdır. Yalnız qapanandığımız zaman kəsiyində problemlər yaşadıq.

Əminəm, sabah yazacaqlar ki, “İnter”in rəqibi yoxdur. Amma çərşənbə günü “Benfika”ya 0:3 hesabı ilə uduzduq və mətbuatda fərqli başlıqlar gördük”.

14 tura 35 xal toplayan "İnter" A Seriyasının turnir cədvəlində 1-ci pillədə mövqe tutub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər