Emil Balayevin "Neftçi"dəki aqibəti necə olacaq?

Emil Balayevin "Neftçi"dəki aqibəti necə olacaq?

"Neftçi" ilə müqaviləsinin müddəti başa çatan Emil Balayevin klubdakı aqibəti qeyri-müəyyəndir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, "ağ-qaralar" bu yay heyətə arzuladıqları səviyyədə əcnəbi qolkiper qatacaqları halda, Emil özünə yeni iş yeri tapmalı olacaq.

Legioner "çərçivə" qoruyucusu gətirilməsə, Balayevlə müqavilə yenilənməsi də mümkündür.

Qeyd edək ki, sözügedən futbolçu geridə qalan mövsümdə "Neftçi" forması ilə 6 matça çıxıb. Bunlardan biri Azərbaycan Kuboku, qalanı Premyer Liqa çərçivəsində baş tutub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər