"Çelsi"nin yarımmüdafiəçisi Andrey Santos karyerasını Portuqaliyada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı "Record" yayıb.
Xəbərə görə, "zadəganlar"ın bu qış "Vasko da Qama"dan transfer edərək həmin kluba icarəyə verdiyi 19 yaşlı futbolçu qarşıdakı mövsümü icarə əsasında "Portu"da keçirəcək.
Qeyd edək ki, Santosun "Çelsi" ilə müqaviləsinin müddəti 2030-cu ilə qədər nəzərdə tutulub. London klubu Andreyi 12,5 milyon avroya transfer edib.
Nihat