"Qarabağ" 10 nəfərlə qələbə qazandı

"Qarabağ" 10 nəfərlə qələbə qazandı
Topaz Premyer Liqasında yaranmış fasilə başa çatıb və XII tura start verilib. Fanat.Az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Açılış matçında lider "Qarabağ" "Sumqayıt"ı qəbul edib. Bu Bakı Olimpiya Stadionunda keçirilən ilk Premyer Liqa matçı olub. Noyabrın 22-də "Çelsi"ni qəbul edəcək "Qarabağ" bu matça nikbin əhval-ruhiyyədə çıxmaq üçün qələbə qazanmaq iddiasında idi ki, Qurban Qurbanovun yetirmələri bunu bacarıb. Ağdam klubu 2:0 hesabı ilə qələbə qazanaraq ardıcıl üçüncü matçda aktivinə 3 xal yazıb.
Qarşılaşmanın 20-ci dəqiqəsində Amil Yunanova qarşı kobud oynayan "Qarabağ"ın qapıçısı İbrahim Şehiç meydandan qovulub. Buna baxmayaraq meydan sahibləri fasiləyə qalib yollanıb. Belə ki, 41-ci dəqiqədə Riçard Almeyda rəqib qapısına yol tapıb. 65-ci dəqiqədə isə Dino Ndlovu ikinci topu rəqib qapısından keçirib.
Qeyd edək ki, turun iki oyunu sabah, biri bazar günü baş tutacaq.
 
 
Premyer Liqa
2017/18 mövsümü
II dövrə, XII tur
17 noyabr
Qarabağ - Sumqayıt 2:0
Qollar: Riçard Almeyda, 41. Dino Ndlovu, 65.
Qırmızı vərəqə: İbrahim Şehiç, 30.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 8. Markos Madera, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 52. Yakub Jezniçak, 99. Dani Kintana.
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 12. Şahruddin Məhəmmədəliyev, 7. Rahid Əmirquliyev, 10. Pedro Enrike, 19. Famil Camalov, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 30. Abbas Hüseynov, 44. Ağabala Ramazanov, 77. Donald Qerye, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.
Sumqayıt: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 5. Vüqar Bəybalayev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov, 97. Xəyal Nəcəfov.
Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 6. Kamal Mirzəyev, 13. Bəhlul Mustafazadə, 17. Fərid Kərimzadə, 39. Tural Bayramlı, 71. Ramazan Həsənov, 90. Ramil Həsənov.
Baş məşqçi: Samir Abasov.
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Cəmil Quliyev, Ömər Paşayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı Olimpiya Stadionu.
 

№

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

11

9

1

1

19:4

28

2

Zirə

11

7

3

1

19:8

24

3

Qəbələ

11

7

1

3

16:11

22

4

Sumqayıt

12

5

1

6

14:17

16

5

Neftçi

11

4

1

6

12:11

13

6

Səbail

10

3

0

7

6:16

9

7

Keşlə

11

2

2

7

8:17

8

8

Kəpəz

11

2

1

8

7:17

7

Bombardirlər

Mahir Mədətov (Qarabağ), Baqali Dabo (Qəbələ), Amil Yunanov (Sumqayıt), Riçard Qadze (Zirə) - 5.

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər