ÇL: "Çelsi" "Portu"nu, PSJ "Bavariya"nı yendi

ÇL: "Çelsi" "Portu"nu, PSJ "Bavariya"nı yendi
Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.
 
Fanat.Az xəbər verir ki, bu gün daha iki görüş reallaşıb.
 
ÇL-in son qalibi "Bavariya” PSJ-ni qəbul edib. Beş qolun qeydə alındığı matçda qonaqlar sevinən tərəf olub. Parislilər səfər qələbəsi sayəsində yarımfinala doğru inamlı addım atıb. 
 
1/8 final mərhələsində "Yuventus”u mübarizədən kənarlaşdıran Portuqaliyanın "Portu” klubu isə "Çelsi”si ilə qarşılaşıb. Tomas Tuxelin komandası səfərdə inamlı qələbəyə sevinib. İndi "Portu"nu yarımfinala yalnız möcüzə çıxara bilər.
 
Xatırladaq ki, ilk oyun günündə "Mançester Siti” (İngiltərə) "Borussiya”nı (Dortmund, Almaniya) 2:1, "Real” (İspaniya) "Liverpul”u (İngiltərə) 3:1 hesabıyla məğlub edib.
 
UEFA Çempionlar Liqası
1/4 finalın ilk oyunları
7 aprel
Bavariya (Almaniya) – PSJ (Fransa) 2:3
Qollar: Şupo-Motinq, 37. Müller, 60 – Mbappe, 3; 68. Markinyos, 28.
Bavariya: Noyer, Hernandes, Alaba, Sule, Pavar, Kimmix, Qoretska, Koman, Müller, Sane, Şupo-Motinq.
PSJ: Navas, Daqba, Markinyos, Kimpembe, Diallo, Danilo, Qeye, Di Mariya, Neymar, Draksler, Mbappe.
 
Portu (Portuqaliya) – Çelsi (İngiltərə) 0:2
Qollar: Maunt, 32. Çiluell, 85.
 
Portu: Marçesin, Sanusi, Pepe, Mbemba, Manafa, Otavio, Uribe, Qruyiç, Korona, Luis Dias, Mareqa.
Çelsi: Mendi, Rudiger, Kristensen, Aspilikueta, Çiluell, Kovaçiç, Jorjinyo, Ceyms, Verner, Haverts, Maunt.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər