"Çelsi" axtardığı müdafiəçini Portuqaliyada tapdı

"Çelsi" axtardığı müdafiəçini Portuqaliyada tapdı
"Portu"nun müdafiəçisi Aleks Tellesin "növbəti dayanacağ"ı İngiltərə ola bilər.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, müdafiənin sol cinahını gücləndirmək niyyətində olan "Çelsi" Telleslə yaxından maraqlanır. 27 yaşlı futbolçunun adı digər Premyer Liqa nəhəngləri - "Mançester Yunayted" və "Mançester Siti" ilə də birlikdə hallanır.
2019-20 mövsümündə 47 matçda meydana çıxan Tellesin aktivində 13 qol, 12 məhsuldar ötürmə var. "Transfermarkt" portalı braziliyalı oyunçunun mümkün transferini 32 milyon avro dəyərində qiymətləndirir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər