Əliyar Ağayev növbəti beynəlxalq oyununu idarə edib. Fanat.az xəbər verir ki, FIFA referisi UEFA Gənclər Liqasının "Qalatasaray" (Türkiyə) - "Borussiya" (Dortmund, Almaniya) matçında ədaləti qoruyub.
Oyun "Qalatasaray"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Ağayev cəmi bir dəfə sarı vəqərəyə ehtiyac duyub. Referi 78-ci dəqiqədə "Borussiya"dan kapitan Paskal Stenzeli cəzalandırıb.
Qeyd edək ki, Ağayevə Rza Məmmədovla Knyaz Əmiraslanov yardım edib. Matçın dördüncü hakimi türk Mert Güzenge olub.
Fanat.az