Çelenc Kuboku: "Xilasedici" növbəti mərhələyə yüksəldi

Çelenc Kuboku: "Xilasedici" növbəti mərhələyə yüksəldi

Azərbaycanın kişi voleybolçulardan ibarət "Xilasedici" komandası bu gün Çelenc Kubokunda 1/32 final mərhələsinin cavab görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, FHN-in idman zalında Rumıniyanın "Styaua" klubu ilə üz-üzə gələn Bakı təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

İlk matçı rəqib komanda 3:0 hesabı ilə üstün başa vurduğundan qalibi müəyyənləşdirmək üçün "qızıl set"ə ehtiyac duyulub. Həlledici seti 15:13 hesabı ilə xeyrinə başa vuran "Xilasedici" 1/16 finala yüksəlib.

Qeyd edək ki, Azərbaycan təmsilçisi növbəti mərhələdə Belçikanın "Lindemans" klubu ilə qarşılaşacaq. İlk oyun 2026-cı il yanvar 7-də səfərdə keçiriləcək.

20 noyabr Çelenc Kubokunun 1/32 final mərhələsinin cavab oyunu

"Xilasedici" (Azərbaycan) - "Styaua" (Rumıniya) 4:1 ( (25:23, 25:17, 15:25, 28:26, 15:13)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər